Pezeşkiyan: İran raketləri anlaşma memorandumunda yer almadı və almayacaq
İran Prezidenti Mesud Pezeşkiyan, müdafiə qabiliyyətləri barədə heç kimlə müzakirə aparmayacaqlarını bildirərək, "İran raketləri anlaşma memorandumunda yer almadı və almayacaq" dedi.

İran Prezidenti Mesud Pezeşkiyan, Pakistan Baş naziri Şahbaz Şərif ilə İslamabadda keçirdiyi birgə mətbuat konfransında danışdı. Ölkəsinin raket proqramına dair məsələlərin anlaşma memorandumunda yer almadığını və heç vaxt müzakirə mövzusu olmayacağını deyən Pezeşkiyan, "Müdafiə qabiliyyətimiz barədə heç kimlə müzakirə aparmarıq. Əgər müdafiə silahlarımız olmasaydı, düşmən ölkəni Qəzzə kimi məhv edərdi" ifadələrini işlətdi.

Pezeşkiyan, İran-Pakistan əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması lazım olduğunu qeyd edərək, "İki ölkə birgə əməkdaşlıqla bölgədə nümunəvi bir qardaşlıq modeli inşa edə bilər" açıqlamasında bulundu.