Fransa ilk Ebola hadisəsini açıqladı
Fransa, Demokratik Konqo Respublikasından qayıdan bir humanitar yardım həkimində ilk Ebola hadisəsinin görüldüyünü elan etdi.

Fransa Səhiyyə Nazirliyi, Demokratik Konqo Respublikasında humanitar yardım həkimi kimi çalışan və Fransaya yeni dönən bir şəxsdə Ebola virusunun aşkar edildiyini açıqladı. Rəsmilər, xəstənin xüsusi bir sağlamlıq müəssisəsinə yerləşdirildiyini və vəziyyətinin stabil olduğunu bildirərək, xəstə ilə təmasda ola biləcək şəxslərin müəyyən edilməsi üçün geniş bir araşdırma aparıldığını bildirdi. Açıqlamada, müəyyən edilmiş şəxslərin regional sağlamlıq qurumları tərəfindən məlumatlandırılacağı, 21 gün evdə izolyasiyaya alınacağı və bu müddətdə yaxından izləniləcəyi qeyd edildi.