MAQATE: İrandakı nüvə obyektləri agentlik müfəttişləri tərəfindən yoxlanılacaq
Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Mariano Grossi, İrandakı nüvə obyektlərinin agentlik müfəttişləri tərəfindən yoxlanılacağını bildirdi.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Rafael Mariano Grossi, Yaponiyadakı Fukuşima Dai-içi Nüvə Stansiyasında keçirilən mətbuat konfransında, İrandakı nüvə obyektlərinin yoxlanılıb-yoxlanılmayacağı barədə danışdı. Hər iki tərəfdən fərqli açıqlamaların verilməsini 'söz savaşı' kimi qiymətləndirən Grossi, İrandakı nüvə obyektlərinin agentlik müfəttişləri tərəfindən yoxlanılacağını bildirdi. Grossi, “Siyasi açıqlamaları başa düşə bilirəm, bunlar reallığın bir hissəsidir, lakin diqqətinizi çəkmək və xatırlatmaq istədiyim əsas məqam; tərəflər tərəfindən imzalanmış bir anlaşma memorandumunun mövcud olmasıdır” ifadələrini işlətdi.