Yaponiyanın şimal-şərqindəki İvate prefekturası sahillərində 6.9 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Araşdırma Mərkəzinin (USGS) məlumatlarına görə, ölkənin şimal-şərqində yerləşən İvate prefekturasına bağlı Kuji şəhəri sahillərində 6.9 bal gücündə zəlzələ baş verib. 51,7 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra insan və ya əmlak itkisi bildirilməyib.