ABŞ Prezidenti Donald Tramp, Venesuelada baş verən 7,2 və 7,5 bal gücündəki zəlzələlərdən sonra hər cür yardıma hazır olduqlarını bildirdi.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edərək, “Venesuelanın möhtəşəm xalqı az öncə 2 böyük zəlzələ ilə vuruldu, hər ikisi çox güclü idi və insan itkisinə səbəb oldu. ABŞ hər cür yardıma hazırdır, bütün aidiyyəti qurumlara lazımi əmrləri verdim. Yeni və möhtəşəm dostlarımızın yanında olacağıq. Gələn ilk xəbərlər heç yaxşı deyil” ifadələrini işlətdi.