Fransada 48 vilayətdə narıncı xəbərdarlıq elan edildi
Fransada 48 vilayətdə meşə yanğını riski səbəbindən xəbərdarlıq səviyyəsinin narıncıya yüksəldiyi bildirilib.

Fransız meteorologiya agentliyi Meteo-France-dan verilən açıqlamaya görə, 23 iyun və dünən ölkədə ən isti günlər kimi qeydə alınıb. Temperatur dünən paytaxt Parisdə 40,3, Bordo şəhərində 41,8 və Cazaux şəhərində isə 43,6 dərəcəyə qədər yüksəlib.

Ölkə üzrə həddindən artıq istilər səbəbindən bu gün 72 vilayətdə qırmızı xəbərdarlıq elan edilib. Bundan əlavə, Fransada 48 vilayətdə meşə yanğını riski səbəbindən xəbərdarlıq səviyyəsi narıncıya, Haute-Garonne və Deux-Sevres vilayətlərində isə qırmızıya yüksəldilib. Ölkə üzrə isti havaların təsirli olduğu 18 iyundan etibarən 48 nəfər boğularaq həyatını itirib.