Belçikada həddindən artıq istilər səbəbindən qırmızı xəbərdarlıq verildi
Belçikada həddindən artıq isti hava dalğası səbəbindən Liege və Limburg şəhərlərində ən yüksək səviyyə olan qırmızı xəbərdarlıq verildi.

Belçika Kral Meteorologiya İnstitutu (IRM) sabah ölkənin şərqində havanın temperaturunun 40 dərəcəyə çatmasının gözlənildiyini açıqladı. Həddindən artıq istilər səbəbindən sabah Liege və Limburgda qırmızı xəbərdarlıq tətbiq ediləcəyi, ölkənin qalan hissəsində isə ən azı şənbə gününə qədər narıncı xəbərdarlığın davam edəcəyi bildirildi.

Qırmızı xəbərdarlıq çərçivəsində bələdiyyələr və səhiyyə müəssisələri isti hava fəaliyyət planlarını işə salacaq, yaşlılar və tək yaşayan şəxslərin vəziyyətləri yoxlanılacaq, açıq havada çalışanların qorunmasına yönəlik tədbirlər artırılacaq və vətəndaşlara günün ən isti saatlarında çölə çıxmamaları barədə xəbərdarlıqlar ediləcək.