Fransada Ebola ilə təmasda olduğu düşünülən 5 nəfər karantinə alındı
Fransa Səhiyyə Naziri Stephanie Rist, ölkədəki ilk Ebola hadisəsi ilə təmasda olduğu düşünülən 5 nəfərin ehtiyat məqsədilə karantinə alındığını bildirdi.
Checkout
#051779

Fransa Səhiyyə Naziri Stephanie Rist ölkə mətbuatına Ebola hadisəsi ilə bağlı açıqlama verdi. Dünən Konqo Demokratik Respublikasındakı (KDR) humanitar yardım missiyasından qayıdan bir həkimdə Ebola virusunun aşkar edildiyini xatırladan Rist, sözügedən şəxsin təcrübəli bir həkim olduğunu qeyd etdi. Rist, təyyarəyə mindiyi zaman heç bir əlamətinin olmadığını və virusun yoluxucu olmadığını bildirdi.
Uçuş zamanı baş ağrısı şikayəti olan həkimin vəziyyətini aidiyyəti şəxslərə bildirdiyini deyən Rist, həkimin təyyarə enəndən sonra xəstəxanaya aparıldığını və 21 günlük karantinə alındığını ifadə etdi. Rist, təyyarədə həkimə yaxın olanları araşdırdıqlarını vurğulayaraq, həkimlə təmasda olduğu düşünülən 5 nəfərin ehtiyat məqsədilə karantinə alındığını açıqladı.