Venesueladakı zəlzələlərdə ölənlərin sayının 235-ə çatdığı, 4 min 300-dən çox insanın isə yaralandığı bildirildi.
Venesuela Səhiyyə Naziri Carlos Alvarado, ölkədə baş verən 2 böyük zəlzələdən sonra son vəziyyətlə bağlı açıqlama verdi. Alvarado, zəlzələdə həyatını itirənlərin sayının 235-ə çatdığını, 4 min 300-dən çox insanın isə yaralandığını bildirdi. Hazırda kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatının olduğunu qeyd edən Alvarado, xəstə sıxlığı səbəbindən səyyar xəstəxanaların qurulmasına başlandığını ifadə etdi.
Alvarado, La Guaira əyalətinin zəlzələdən ən çox təsirlənən yer olduğunu qeyd edərək, "Vətəndaşlarımızdan xahişimiz, təcili hallar xaricində xəstəxanaları məşğul etməmələridir" dedi.