Tramp: Məntiqi davrana bilməyəcəyimiz bir nöqtəyə gələ bilərik
ABŞ Prezidenti Donald Tramp, "Artıq məntiqi davrana bilməyəcəyimiz və çox uğurla başladığımız işi hərbi yolla tamamlamaq məcburiyyətində qalacağımız bir nöqtəyə gələ bilərik" ifadələrini işlətdi.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından etdiyi paylaşımda İranın əldə olunan atəşkəsi bir daha pozduğunu irəli sürdü. Tramp, "Bu səbəbdən ABŞ təyyarələri İranın raket və pilotsuz uçuş aparatı (PUA) saxlama obyektlərinə və sahil radar bazalarına hücum etdi. Görünən odur ki, heç vaxt dərs almayacaqlar. Artıq məntiqi davrana bilməyəcəyimiz və çox uğurla başladığımız işi hərbi yolla tamamlamaq məcburiyyətində qalacağımız bir nöqtəyə gələ bilərik. Əgər bu baş verərsə, İran İslam Respublikası artıq mövcud olmayacaq" açıqlamasında bulundu.