Serbiya Prezidenti Vuçiç: Bir neçə həftə ərzində istefa edəcəyəm
Serbiya Prezidenti Aleksandar Vuçiç, “Bir neçə həftə ərzində vəzifəmdən istefa edəcəyəm” dedi.

Serbiya Prezidenti Aleksandar Vuçiç, bir dövr başçılığını etdiyi iqtidardakı Serb İrəliləyiş Partiyasının (SNS) paytaxt Belqradda 'Serbiya-Tək Ailə' şüarı ilə təşkil etdiyi mitinqə qatıldı. Serbiya Milli Məclisi qarşısında çıxış edən Vuçiç, “Bir neçə həftə daha Prezident olaraq vəzifəmi davam etdirəcəyəm, sonra istefa edirəm. Heç bir şey əbədi deyil, elə də olmasın. Hər kəsə təşəkkürlər” ifadələrini işlətdi.

Vuçiç, erkən seçki tarixini də yaxın zamanda elan edəcəyini deyərək, Serbiyanın hərbi neytrallıq mövqeyini davam etdirməsinin vacib olduğunu qeyd etdi. Çin və Rusiya ilə ənənəvi dostluğa əsaslanan əlaqələrin davam etməsi lazım olduğunu bildirən Vuçiç, ölkəsinin Avropa İttifaqı (Aİ) üzvlük prosesində daha sürətli irəliləməsi arzusunda olduğunu ifadə etdi.