İsrail ordusu, Livanın cənubuna hava hücumları təşkil etdi
İsrail ordusunun, Livanın cənubundakı Nabatiyə vilayətinə hava hücumları təşkil etdiyi bildirildi.

Livan mətbuatı, İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA), Nabatiyə vilayətinə bağlı Yuxarı Nabatiyə qəsəbəsini hədəf aldığını bildirdi. İsrail döyüş təyyarələrinin isə Deyr Suryan qəsəbəsi ətrafına hava hücumu təşkil etdiyi qeyd edildi. Həmçinin İsrail qüvvələrinin, Hasbaya rayonuna bağlı Şeba və Şuya qəsəbələrinin kəndlərinə kasetli sursatlar ehtiva edən artilleriya atışları həyata keçirdiyi də bildirildi.