Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanın Krasnodar və Yaroslavl bölgələrində iki neft emalı zavoduna hücumlar təşkil edildiyini bildirdi.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında etdiyi açıqlamada, Rusiyanın Krasnodar bölgəsində cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən 'Slavyansk' neft emalı zavoduna hücum təşkil etdiklərini bildirdi. Rusiyanın Yaroslavl bölgəsində, Ukraynadan təxminən 700 kilometr uzaqlıqda olan bir neft emalı zavodunun da hədəf alındığını qeyd edən Zelenski, "Rusiyanın bu müharibəni aparma qabiliyyətini zəiflədən əməliyyatlarımıza davam edirik" ifadəsini işlətdi.