Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində helikopter qəzası nəticəsində 14 nəfərin həyatını itirdiyi bildirildi.
Səudiyyə Ərəbistanı Energetika Nazirliyindən verilən açıqlamada, bu gün yerli vaxtla saat 06:00-da ölkənin şərqindəki Ras Tanura şəhərində bir neft şirkətinə məxsus helikopterin qəzaya uğradığı bildirildi. Açıqlamada, helikopterdəki 14 nəfərin hamısının həyatını itirdiyi və ölənlərin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu qeyd edildi. Rəsmilər, qəzanın səbəbinə dair araşdırmanın başladıldığını bildirdilər.