Bolqarıstan, ABŞ-a məxsus hərbi təyyarələrin ölkədən ayrıldığını elan etdi
Bolqarıstan Müdafiə Naziri Dimitar Stoyanov, Sofiyada yerləşdirilən ABŞ-a məxsus hərbi təyyarələrin ölkədən ayrıldığını bildirdi.

Bolqarıstan Müdafiə Naziri Dimitar Stoyanov, paytaxt Sofiyadakı Vasil Levski Hava Limanında yerləşdirilən ABŞ-a məxsus bütün hərbi təyyarələrin ölkədən ayrıldığını bildirdi. Stoyanov açıqlamasında, “ABŞ təyyarələrinin Bolqarıstandakı vəzifəsi sona çatdı” ifadəsini işlətdi.