Pakistanda Lahor şəhərində bir hazırlıq mərkəzinin damının çökməsi nəticəsində 14 tələbənin həyatını itirdiyi bildirildi.
Punjab Əyalətinin Səhiyyə Naziri Khawaja Imran Nazir, Lahorun Kahna bölgəsindəki hazırlıq mərkəzinin damının çökdüyünü və bu zaman içəridə təxminən 40 tələbənin olduğunu açıqladı. Nazir, dağıntılardan çox sayda tələbənin xilas edildiyini, xəstəxanaya aparılan 19 tələbədən 14-nün həyatını itirdiyini, 5-nin isə yaralı olduğunu qeyd etdi. Axtarış-xilasetmə işçiləri, dağıntı altında hələ də ən az 7 tələbənin olduğunu bildirdi. Hadisədən sonra başlanan araşdırmada, hazırlıq mərkəzinin sahibi də daxil olmaqla 2 nəfər həbs edildi.