ABŞ Prezidenti Donald Tramp, “İspaniya NATO üzvüdür, amma yaxşı NATO üzvü deyil” dedi.
ABŞ Prezidenti Donald Tramp Şimali Dakotada iştirak etdiyi siyasi tədbirdə çıxış etdi. Madrid rəhbərliyi ilə bağlı açıqlama verən Tramp, “İspaniya NATO üzvüdür, amma yaxşı NATO üzvü deyil” ifadəsini işlətdi.
Tramp, İspaniyanın tarixi olaraq təsirli olduğu Kuba, Puerto Riko, Filippinlər və Quam kimi bölgələrdən danışaraq, “İspaniya bizə yaxşı davranmır. Tezliklə bu yerlərin əlinizdən çıxıb getdiyini görəndə anlayacaqsınız. Hamısı bir zamanlar bizim idi” deyə qiymətləndirmə etdi.
Panama Kanalına da toxunan Tramp, kanalın ABŞ tərəfindən inşa edildiyini deyərək, daha sonra təhvil verilməsini 'strateji bir səhv' adlandırdı. Tramp, “Çinin bölgədəki təsirinə qarşı Vaşinqton hərəkətə keçəcək” dedi.