ABŞ helikopteri Oman dənizinə təcili eniş etdi: 1 nəfər itkin
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı, Oman dənizində bir helikopterinin 'təcili su enişi' etdiyini, 4 nəfərlik ekipajdan 3-nün xilas edildiyini, 1 nəfərin isə itkin olduğunu bildirdi.
Checkout
#052185

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının 5-ci Donanması Oman dənizinə təcili eniş edən ABŞ helikopteri ilə bağlı sosial media hesabında məlumat verdi. Açıqlamada, "USS George H.W. Bush təyyarə gəmisində xidmət edən bir 'MH-60S Sea Hawk' helikopteri ekipajının Oman dənizində 'təcili su enişi' həyata keçirdiyi" bildirildi.
Təcili vəziyyətin 'düşmən hərəkətindən qaynaqlandığına dair heç bir dəlil olmadığı' qeyd edilən açıqlamada, xilas edilən 3 ekipaj üzvünün təyyarə gəmisinə alındığı və sağlamlıq vəziyyətlərinin yaxşı olduğu ifadə edildi. Açıqlamada, bölgədəki ABŞ donanması qruplarının itkin olan 1 nəfəri axtarış işlərini davam etdirdiyi və hadisənin səbəbinin araşdırıldığı da qeyd edildi.