Suriyanın paytaxtı Dəməşqdə bir kafedə partlayış baş verdiyi bildirildi.
Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının yaxınlığındakı kafedə baş verən partlayışda 5 nəfərin həyatını itirdiyi, 16 nəfərin yaralandığı bildirildi. Suriya hakimiyyət orqanları hadisənin səbəbi ilə bağlı hələ rəsmi açıqlama verməyib.