İsrail ordusu, Livanın cənubuna hava hücumları təşkil etdi
İsrail ordusu, Livanın cənubundakı Nabatiyə vilayətinə hava hücumları həyata keçirdi.

 

Livan mətbuatı, İsrail ordusunun, Nabatiyə vilayətinə bağlı Bint Cubeyl rayonunun Beraşit qəsəbəsini hava hücumu ilə hədəf aldığını bildirdi. İsrail ordusunun, Bint Cubeyl rayonuna bağlı Kunin və Tayri qəsəbələrinin ətrafını da bombaladığı bildirildi. İsrailə məxsus bir pilotsuz uçuş aparatının isə Yuxarı Nabatiyə qəsəbəsindəki Gandur Xəstəxanası ətrafına 2 hücum təşkil etdiyi qeyd edildi.