Venesuelada 24 iyunda baş verən zəlzələlərdə həyatını itirənlərin sayının 2 min 645-ə çıxdığı bildirildi.
Venesuela İnformasiya Nazirliyindən verilən açıqlamada, zəlzələlərdə həyatını itirənlərin sayının 50 artaraq 2 min 645-ə yüksəldiyi qeyd edildi. Açıqlamada, 7.2 və 7.5 böyüklüyündəki zəlzələlərdə 12 mindən çox insanın yaralandığı və təxminən 15 min insanın evsiz qaldığı bildirildi.