Makron: Şarl de Qoll gəmisi Fransadakı limanına qayıdır
Fransa Prezidenti Emmanuel Makron, “Orta Şərqə göndərilən Fransız admiral gəmisi Şarl de Qoll Toulon Limanına qayıdır” dedi.

Fransa Prezidenti Emmanuel Makron sosial media hesabından etdiyi açıqlamada, ölkəsinin 2 mina axtaran gəmi daxil olmaqla mina təmizləmə imkanlarını Orta Şərqdə yerləşdirdiyini bildirdi. Bunlara 2 freqat və 1 dəniz patrul təyyarəsinin müşayiət etdiyini qeyd edən Makron, tərəfdaşları ilə Hörmüz Boğazında gəmi trafikinə təhlükəsizliyə töhfə verməyə hazır olduqlarını çatdırdı.

Makron, ABŞ ilə İran arasında 17 iyunda imzalanan anlaşma memorandumunun bölgənin sabitliyi üçün vacib bir inkişaf olduğuna toxunaraq, “Anlaşmada Hörmüz Boğazında naviqasiya azadlığı yenidən təsdiq edildi. Oman Sultanı Heysəm Bin Tariq ilə etdiyim görüşdən sonra, bölgədəki müsbət gedişatı və ehtiyacların dəyişməsini nəzərə alaraq buradakı Fransız imkanlarını gözdən keçirməyə qərar verdim. Admiral gəmisi Şarl de Qoll, Fransanın Toulon şəhərindəki limana qayıdır” ifadələrini işlətdi.