Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı Nigeriyada 17 milyondan çox insanın aclıq təhlükəsi ilə üz-üzə olduğunu bildirdi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramı (WFP) tərəfindən verilən açıqlamada, son ərzaq təhlükəsizliyi analizinə görə, münaqişələrdən təsirlənən Nigeriyanın şimalındakı 9 əyalətdə 17 milyondan çox insanın aclıq təhlükəsi ilə üz-üzə olduğu qeyd edildi. Açıqlamada, bu sayın əvvəlki qiymətləndirməyə görə təxminən 2 milyon nəfər artdığı vurğulanaraq, Nigeriyanın şimalında ərzaq və qidalanma yardımları ilə kritik logistika dəstəyinin davam etdirilməsi üçün gələcək altı ayda 89 milyon dollarlıq təcili maliyyələşməyə ehtiyac duyulduğu ifadə edildi.
Təhlükəsizlik problemləri və maliyyə çatışmazlığı səbəbindən yardım fəaliyyətlərinin aksadığı bildirilən açıqlamada, şimal-şərqdəki üç əyalətdə ərzaq təhlükəsizliyi yaşayan 6,2 milyon nəfərdən yalnız təxminən 740 mininə yardım çatdırıla bildiyi qeyd edildi.