Qanada sel: 34 ölü
Qanada güclü yağışlar nəticəsində baş verən seldə 34 nəfərin həyatını itirdiyi bildirilib.

Qana Milli Fəlakət İdarəetmə Təşkilatının (NADMO) direktoru Riçard Amo Yartey, 28 iyundan etibarən davam edən güclü yağışlar səbəbindən paytaxt Akkra ilə yanaşı 6 vilayətdə selin təsirli olduğunu açıqladı. Yartey, sel səbəbindən 34 nəfərin həyatını itirdiyini, çox sayda insanın yaralandığını bildirdi.