Rusiyanın Sankt-Peterburq şəhərindəki neft terminalına pilotsuz uçuş aparatları ilə hücum təşkil edildiyi bildirildi.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərin Kirovskiy rayonundakı neft terminalına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edildiyini açıqladı. Beqlov hücumun hava müdafiə sistemləri tərəfindən dəf edildiyini bildirərək, "Hücumun səbəb olduğu 'texniki problemlər' aradan qaldırıldı. Hadisədə yaralanan yoxdur" ifadələrini işlətdi.
Hava müdafiə sistemləri tərəfindən 72 PUA-nın vurulduğunu qeyd edən Beqlov, bir PUA-nın Peterhof Sarayına düşdüyünü, insan itkisi və zərər olmadığını bildirdi.