Yunanıstanda meşə yanğını fabriklərə sıçradı
Yunanıstanın Selanik şəhəri yaxınlığında baş verən meşə yanğınının iki fabrikə sıçradığı bildirildi.

Yunanıstan Yanğınsöndürmə Xidməti, dünən axşam Selanik şəhəri yaxınlığındakı Oraiokastro bölgəsində baş verən meşə yanğınının alovlarının bir təkrar emal müəssisəsi və tekstil fabrikinə sıçradığını açıqladı. Rəsmilər, təkrar emal müəssisəsindən yüksələn sıx tüstünün Selanikin böyük bir hissəsini əhatə etdiyini bildirdilər.

Bölgə sakinlərinə pəncərələrini bağlı saxlamaları və zəruri olmadıqca çölə çıxmamaları xəbərdarlığında bulunan rəsmilər, xüsusilə yaşlılar, uşaqlar və tənəffüs yolu xəstəlikləri olanların diqqətli olmaları çağırışı etdi.