Ukrayna: Kiyev hava hücumu altında
Kiyev meri Vitaliy Kliçko, “Şəhərə hava hücumları yerli saatla 02.45-dən başladı” dedi.

Ukrayna paytaxtı Kiyev meri Vitaliy Kliçko sosial media hesabından etdiyi açıqlamada, yerli saat 02.45-dən etibarən paytaxtın hava hücumu altında olduğunu bildirdi. Kliçko, Kiyevin Podil və Darnitskiy rayonlarında binaların zərər gördüyünü və hadisə yerlərində axtarış-xilasetmə işlərinin başladığını qeyd etdi. Kliçko, “Podil rayonunda zərər görmüş bir binadan 15 nəfər sağ xilas edildi, ilkin məlumatlara görə Kiyevdə 7 nəfər yaralandı” ifadələrini işlətdi.