Rusiya: Ukraynaya məxsus 519 PUA-nı vurduq
Rusiya Müdafiə Nazirliyi gecə boyunca Ukraynaya məxsus 519 pilotsuz uçuş aparatını vurduqlarını bildirdi.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Ukraynanın gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlara dair məlumat verildi. Açıqlamada hava müdafiə sistemlərinin Moskva bölgəsi başda olmaqla Belgorod, Pskov, Novqorod, Bryansk, Kursk, Oryol, Tula, Tver, Yaroslavl, Voronej, Smolensk, Kaluga, Ryazan, Lipetsk, Rostov, Samara, Saratov, Volqoqrad, Leninqrad və Krasnodar bölgələri ilə Krım Yarımadası və Azov dənizi üzərində Ukraynaya məxsus 519 təyyarə tipli PUA-nı məhv etdiyi qeyd edildi.