Fransanın şimal-şərqindəki bir muzeydən milyonlarla avro dəyərində zərgərlik əşyalarının oğurlandığı bildirildi.
Fransa mətbuatı, dünən yerli vaxtla saat 05.30 radələrində Bas-Rhin vilayətinə bağlı Wingen-sur-Moder şəhərindəki Lalique Muzeyində oğurluq baş verdiyini bildirdi. Oğruların, Fransız şüşə və zərgərlik ustası Rene Lalique-ə aid təxminən 650 əsərin sərgiləndiyi muzeyin giriş qapısını və 6 vitrini sındırdığı qeyd edildi. Rəsmilər, oğurluqda milyonlarla avro dəyərində zərgərlik əşyalarının oğurlandığını açıqladı.
Wingen-sur-Moder Bələdiyyə Başçısı Christian Dorschner, oğurluqla bağlı araşdırmanın başladığını deyərək, oğruların muzeyə girdiyi zaman siqnalların və təhlükəsizlik sisteminin işdə olduğunu bildirdi.