Şri-Lankada həbsxanada baş verən üsyan nəticəsində 25 nəfərin həyatını itirdiyi bildirildi.
Şri-Lanka mətbuatı, Negombo Həbsxanasında dünən baş verən üsyanda 2 məhkumun həyatını itirdiyini bildirdi. Rəsmilər, bu gün səhər saatlarında yenidən şiddətlənən hadisələrdə 23 nəfərin daha həyatını itirdiyini açıqladı. Həyatını itirənlərdən 5-nin mühafizəçi, 20-nin məhkum olduğunu bildirən rəsmilər, üsyanda təxminən 100 nəfərin yaralandığını qeyd etdi. Bölgədə təhlükəsizlik tədbirlərinin artırıldığı və hadisə ilə bağlı araşdırma başladıldığı ifadə edildi.