Fransada ekstremal istilər səbəbindən 16 vilayətdə 'narıncı xəbərdarlıq' verildiyi bildirildi.
Fransız meteorologiya agentliyi Meteo-France, əksəriyyəti ölkənin cənub və cənub-qərbində olmaqla 16 vilayətdə yüksək temperatur səbəbindən xəbərdarlıq səviyyəsinin narıncıya qaldırıldığını açıqladı. Keçən ay rekord səviyyədə temperaturun müşahidə edildiyi Fransanın ayın ortasına qədər yeni bir isti hava dalğasının təsiri altında qalacağı barədə xəbərdarlıq edildi.