Konqo Demokratik Respublikasında Ebola epidemiyasında yoluxma sayı 1561-ə çatdı
Konqo Demokratik Respublikasında Ebola epidemiyasında təsdiqlənmiş yoluxma sayı 1561-ə, həyatını itirənlərin sayı isə 506-ya yüksəldi.

Konqo Demokratik Respublikasının (KDR) Səhiyyə Nazirliyindən verilən açıqlamada, ölkənin şərqində 15 Mayda elan edilən 17-ci Ebola epidemiyasında təsdiqlənmiş yoluxma sayının 1561-ə, həyatını itirənlərin sayının isə 506-ya yüksəldiyi bildirildi. Epidemiya zamanı 253 nəfərin sağaldığı, 628 xəstənin isə izolyasiyada və ya xəstəxanada müalicəsinin davam etdiyi ifadə edildi.