Fransa Prezidenti Emmanuel Makron Suriyada
Fransa Prezidenti Emmanuel Makron Ankaradakı NATO Zirvəsi öncəsi Suriyaya rəsmi səfər etdi.

Fransa Prezidenti Emmanuel Makron və onu müşayiət edən heyət Dəməşq Beynəlxalq Hava Limanında Suriya Xarici İşlər Naziri Əsəd Şeybani tərəfindən qarşılandı. 2009-cu ildən bəri Suriyaya səfər edən ilk Fransa Prezidenti olan Makron, səfəri ilə bağlı sosial media hesabında açıqlama verdi.

Makron, Fransa'nın Suriya xalqına dəstəyini çatdırmaq üçün səfər etdiyini bildirərək, "Suveren, müxtəliflik içində birliyini qoruyan və qonşuları ilə sülh içində yaşayan bir Suriya üçün buradayıq. Gəlin, birlikdə sabitlik və sülh naminə yeni bir səhifə açaq" ifadələrini işlətdi.