Böyük Britaniyada ilin üçüncü isti hava dalğası gözlənilir
Böyük Britaniyada bu həftə ilin üçüncü isti hava dalğasının gözlənildiyi bildirildi.

Böyük Britaniya Meteorologiya İdarəsi (Met Office) bu həftə ölkədə yüksək temperaturun yenidən təsirli olacağını açıqladı. Açıqlamada, may və iyunun ikinci yarısındakı həddindən artıq isti hava dalğalarından sonra Böyük Britaniyada bu həftə ilin üçüncü isti dalğasının gözlənildiyi bildirildi. Böyük Britaniyanın böyük hissəsində temperaturun 30 dərəcəni keçəcəyi və bəzi bölgələrdə isə 34-35 dərəcəyə çatacağı qeyd edildi.