Suriyanın paytaxtı Dəməşqdə 2 partlayış baş verdiyi bildirildi.
Suriyanın paytaxtı Dəməşqdə Turizm Nazirliyinin binası yaxınlığında bir mikroavtobusa və bir zibil konteynerinə yerləşdirilmiş bomba partladı. Partlayışın Dəməşqi ziyarət edən Fransa Prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında baş verdiyi qeyd edildi. Partlayış zamanı Makronun Suriya Prezidenti Əhməd Şara ilə görüşmək üçün Prezident Sarayında olduğu bildirildi.