Sudanda qızıl mədənində çökmə: 15 ölü
Sudanın şimalında qızıl mədənində baş verən çökmədə 15 nəfər həyatını itirdi.

Sudanın şimalındakı Vadi Halfa rayonunun Samna bölgəsində bir mədəndə baş verən çökmədə 15 nəfərin həyatını itirdiyi, 1 nəfərin yaralandığı bildirildi. Hadisədən sonra bölgəyə sahə qruplarının göndərildiyini bildirən rəsmilər, yerli hakimiyyət orqanları və xilasetmə qruplarının axtarış-xilasetmə işləri apardığını açıqladı. Qəzanın texniki qiymətləndirmələr nəticəsində təhlükəsiz olmadığı səbəbilə bağlanan mədənə bəzi işçilərin xəbərdarlıqlara baxmayaraq girməsi səbəbindən baş verdiyi qeyd edildi.