Kubada milli elektrik sistemi çökdü
Kubada milli elektrik sisteminin sıradan çıxdığı bildirildi.

Kubada milli elektrik sisteminin tamamilə sıradan çıxması nəticəsində ölkə üzrə elektriklər kəsildi. Kuba Elektrik Birliyi sosial media hesabından etdiyi açıqlamada, elektrik kəsintisinin səbəbinə dair araşdırmanın davam etdiyini və cari məlumatların ictimaiyyətlə paylaşılmağa davam ediləcəyini bildirdi.