İsrailin, Livanın cənubundakı Nabatiyə bölgəsinə hücum etdiyi bildirildi.
Livan mətbuatı, İsrailə məxsus bir pilotsuz uçuş aparatının (PUA), Nabatiyə bölgəsinə bağlı Haddasa qəsəbəsinə ard-arda 4 səs bombası atdığını bildirdi. İsrail ordusunun, Nabatiyənin Beyt Yahun qəsəbəsini artilleriya atəşləri ilə hədəf aldığı və eyni zamanda Konin qəsəbəsində partlayış həyata keçirdiyi də qeyd edildi.