Pakistana məxsus 5 nəfərlik heyəti olan bir yük təyyarəsinin Kəraçi şəhəri yaxınlığında radardan itməsi bildirildi.
Pakistan mətbuatı, bir yük şirkətinə məxsus 27 illik 'Boeing 737' tipli təyyarənin Kəraçi şəhərinin 155 dəniz mili yaxınlığında radardan itdiyini bildirdi. Şarjahdan Kəraçiyə gedən təyyarənin radar qeydlərində bir anda 34 min fut hündürlük itirdiyi qeyd edildi. Pakistan Aviasiya İdarəsi də yük təyyarəsinin mühərrik nasazlığı bildirdikdən sonra itkin düşdüyünü açıqladı. Hadisənin təfərrüatlarına dair hələ rəsmi bir açıqlama verilməyib.