İran İnqilab Keşikçiləri Ordusu Bəhreyn və Küveytdəki 85 Amerika hərbi obyektini raket və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını bildirdi.
İran mətbuatı İnqilab Keşikçiləri Ordusunun Küveytdəki Əli əl-Salim Hava Bazası ilə Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasına aid komanda mərkəzləri və hərbi infrastruktur obyektlərini vurduğunu bildirdi. Ordudan verilən açıqlamada Vaşinqtonun son dövrlərdəki addımlarının iki ölkə arasında imzalanan anlaşma memorandumu və atəşkəs şərtlərini açıq şəkildə pozduğu iddia edildi.