ABŞ: İrana hücum başladıq
ABŞ Mərkəzi Komandanlığı İrana hücum başladıqlarını elan etdi.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada, 'ticarət gəmilərini hədəf aldığı' səbəbi ilə İrana qarşı 'bir sıra güclü hücum' başladıldığı bildirildi. Açıqlamada, "ABŞ-ın bu hücumları, Hörmüz Boğazından keçən üç ticarət gəmisinə qarşı İran hücumlarına cavab xarakteri daşıyır. İranın nümayiş etdirdiyi təcavüz haqsız, təhlükəli və atəşkəsin açıq bir pozuntusu idi" ifadələri istifadə edildi.

Digər tərəfdən, İran mətbuatı, Hörmüzqan əyalətinə bağlı Sirik şəhərində və eyni əyalətdəki Bəndər Abbas şəhərində 6 partlayış səsi eşidildiyini qeyd etdi.