Livanın 'İsraillə müzakirə' açıqlaması
Livan Prezidenti Joseph Avn, ölkəsinin başqa bir ölkənin maraqları uğruna uçuruma sürüklənməsinə seyrçi qala bilmədiyini, bu səbəbdən İsraillə müzakirə yolunu seçdiyini bildirdi.

Livan Prezidentliyindən verilən yazılı açıqlamaya görə Prezident Joseph Avn, Beyrutdakı Baabda Sarayında livanlı iş adamlarından ibarət bir heyəti qəbul etdi. Avn görüşdə, İsraillə aparılan müzakirə görüşlərinə toxunaraq, “Livanın başqa bir ölkənin maraqları uğruna uçuruma sürüklənməməsi üçün müzakirəni seçdim. Bu vəziyyətə seyrçi qala bilməzdim. İsrailin dağıntı və məhv maşınını dayandıra biləcək, can itkilərinə və kəndlərdəki dağıntıya son verəcək və nəhayət işğalı sona çatdıracaq bir addım atmalı idim” ifadələrini işlətdi.

Avn, bu ay Vaşinqtona edəcəyi səfərdə ABŞ Prezidenti Donald Trump ilə edəcəyi görüşün Livan baxımından müsbət nəticələr verməsini gözlədiyini söylədi.