ABŞ: İrana qarşı yeni hücumlar başladıq
ABŞ ordusu, 'ticarət gəmilərini hədəf aldığı' səbəbilə İrana qarşı yeni hücumlar başladığını elan etdi.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), ABŞ Prezidenti Donald Trump'ın təlimatı ilə İranın 'Hürmüz Boğazında naviqasiya azadlığını təhdid etmə qabiliyyətinin azaldılması' məqsədilə ölkəyə qarşı əlavə hücumlar başladıldığını açıqladı. Açıqlamada həmçinin, ABŞ-ın həyati əhəmiyyətə malik beynəlxalq su yolunda sərbəst şəkildə hərəkət edən beynəlxalq ticarət gəmilərinə qarşı son dövrlərdəki 'haqsız hücumlar' səbəbindən İranı məsul tutduğu bildirildi. 

İran mətbuatı isə Buşehr, Bəndər Abbas və Sirik şəhərlərinin yaxınları başda olmaqla ölkənin cənub bölgələrində partlayış səslərinin eşidildiyini bildirdi.