İran Məclis Sədri Məhəmməd Baqir Qalibaf, “Hörmüz Boğazı Amerikan təhdidləri ilə deyil, yalnız İranın tənzimləmələri ilə açılır” dedi.
İran Məclis Sədri Məhəmməd Baqir Qalibaf sosial media hesabından etdiyi açıqlamada, “ABŞ zorbalıq və verilən sözləri tutmamağın cavabsız qalmayacağını hələ öyrənə bilmədi. Açıqca demək lazımdır ki, hücum etsəniz, cavab görərsiniz” ifadələrini işlətdi.
ABŞ-ın çırpındıqca daha çox batacağını bildirən Qalibaf, “Hörmüz Boğazı Amerikan təhdidləri ilə deyil, yalnız İranın tənzimləmələri ilə açılır” qiymətləndirməsində bulundu.