Küveyt, hava məkanına daxil olan 4 raket və 10 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirdi.
Küveyt Müdafiə Nazirliyinin sözçüsü Polkovnik Saud Əbdüləziz əl-Atvan, silahlı qüvvələrin səhər saatlarında Küveyt hava məkanında 3 ballistik raket, 1 qanadlı raket və 10 pilotsuz uçuş aparatı (PUA) aşkar etdiyini bildirdi. Raket və PUA-ların qarşısının alındığını və zərərsizləşdirildiyini qeyd edən Atvan, "Hadisədə bir nəfər yaralandı, ziyan meydana gəldi" ifadələrini işlətdi.