İran: İordaniyadakı ABŞ Hava Bazasına ballistik raketlərlə hücum edilib
İran İnqilab Keşikçiləri Korpusu, İordaniyadakı ABŞ Hava Bazasının hədəf alındığını elan etdi.

İran İnqilab Keşikçiləri Korpusunun bəyanatına görə, İordaniyadakı Əzraq ABŞ Bazasına hücum həyata keçirilib. Bəyanatda, Qərbi Asiyadakı ABŞ komanda və nəzarət mərkəzi ilə İordaniyadakı ABŞ Hava Bazasının 10 ballistik raketlə hədəf alındığı qeyd edilib. Bəyanatda həmçinin ABŞ-ın İrana qarşı hücumlarını təkrarlaması halında bölgədəki digər ABŞ bazalarının da hədəf alınacağı bildirilib.