Tramp: Suikast olarsa İranı heç görülməmiş səviyyədə bombalayarıq
ABŞ Prezidenti Donald Tramp, ona qarşı bir suikast planı həyata keçirildiyi təqdirdə İranın 'əvvəllər heç görülməmiş səviyyədə bombalanmasını' istədiyini bildirdi.

 

ABŞ Prezidenti Donald Tramp, Amerika mətbuatına verdiyi açıqlamada, İranın ona qarşı suikast planlarında uğurlu olması halında 'təlimatlar verdiyini' söylədi. Uzun zamandır Tehran rəhbərliyinin 'hədəf siyahısında' olduğunu bildirən Tramp, "Suikast cəhdində bulunması halında İranı daha əvvəl heç görülməmiş səviyyədə bombalamaları üçün təlimat verdim" ifadələrini işlətdi.

 

Tramp, İsrailin bu həftə ona qarşı bir suikast planına dair kəşfiyyat aldığı yönündəki xəbərlərlə bağlı isə "İranın bu mövzuda yeni bir planı yoxdur ancaq Tehranın ölüm siyahısında illərdir 'ilk sırada' yer alıram" dedi.