ABŞ-ın İrana qarşı son hücumunun ardından İranın bölgədəki ABŞ bazalarına hücum etdiyi bildirildi.
Küveyt ordusunun sosial media hesabından edilən açıqlamada, “Silahlı qüvvələrimiz hazırda Küveyt hava məkanında düşmən hava hədəflərinə qarşı müdaxilə etməkdədir” ifadələri istifadə edildi.
Qətər Müdafiə Nazirliyi də ölkəni hədəf alan raket hücumunun qarşısının alındığını elan etdi. Nazirlik, Qətər Silahlı Qüvvələrinin ölkəni hədəf alan raket hücumunu təsirsiz hala gətirdiyini qeyd etdi.
Qətər Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamada isə ölkədə yaşanan təhlükəsizlik təhdidinin tamamilə aradan qaldırıldığı və şəraitin normala döndüyü bildirildi.