Kanadanın Toronto şəhərində baş verən silahlı hücumda 2 nəfər öldü, 5 nəfər yaralandı.
Kanadanın Toronto şəhərində keçirilən ənənəvi Latın mədəniyyəti festivalı 'Salsa on St. Clair' yaxınlığında baş verən silahlı hücumda 2 nəfər həyatını itirdi, 5 nəfər yaralandı. Toronto polisi bölgədə intensiv tədbirlərin davam etdiyini bildirərək, hücum edən və ya edənlərin kimliyi ilə bağlı konkret bir məlumata çatılmadığını qeyd etdi.
Kanada Baş naziri Mark Carney, sosial media hesabından etdiyi paylaşımda, hücumdan böyük kədər duyduğunu bildirdi. Carney, polis təşkilatının hücumun məsuliyyətini daşıyanları tutmağa yönəlik işlərinə tam dəstək verdiyini qeyd edərək, “Dualarım sevdiklərini itirən ailələrlə, vəziyyəti kritik olan yaralılarla və bu dəhşətli hadisədən təsirlənən hər kəslə birlikdədir. Cəsarətləri və sürətli müdaxilələri ilə daha böyük bir faciənin qarşısını alan polis məmurlarına və təcili yardım qruplarına təşəkkür etmək istəyirəm” ifadələrini işlətdi.