CENTCOM: ABŞ ordusu İrana məxsus təxminən 140 hərbi hədəfi vurdu
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İrana məxsus təxminən 140 hərbi hədəfin vurulduğunu bildirdi.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sosial media hesabından edilən açıqlamada, İrana qarşı bu həftə keçirilən üçüncü hücum dalğasının tamamlandığı bildirildi. Açıqlamada, əməliyyatda quru və dəniz bazalı döyüş təyyarələri, pilotsuz uçuş aparatları (PUA) və hərbi gəmilərdən atılan dəqiq idarə olunan sursatlarla İrana məxsus təxminən 140 hərbi hədəfin məhv edildiyi qeyd olundu.

Üç gecə keçirilən əməliyyatlarda ümumilikdə 300-dən çox hədəfin vurulduğu bildirilən açıqlamada, əməliyyatların, ABŞ Prezidenti Donald Trampın təlimatı ilə İranın Hörmüz Boğazından sərbəst keçən ticarət gəmiləri və mülki dənizçilərə qarşı hücum qabiliyyətini zəiflətməyi hədəflədiyi ifadə edildi.

Açıqlamada, Hörmüz Boğazında ticarət gəmi keçidlərinin davam etdiyi vurğulanaraq, ABŞ qüvvələrinin may ayının əvvəlindən bu yana 800-dən çox ticarət gəmisi ilə təxminən 400 milyon barrel xam neftin boğazdan təhlükəsiz keçidinə dəstək verdiyi bildirildi.